Abşeronda şəhidlərin xatirəsinə 2783 ədəd ağac əkildi — FOTOLAR


GÜNDƏM 07 dek 2020, 14:04
II Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinə Abşeron rayonunda 2783 ədəd ağacın əkilməsinə start verilib. 

Demokrat.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə  Bakı – Şamaxı yolunun Abşeron rayonuna düşən hissəsində və eləcə də rayonun digər yaşayış məntəqələrinin ərazisində reallaşdırılıb. 

Abşeron RİH-nin əməkdaşlarının, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin, habelə bələdiyyə və icra nümayəndəliklərinin üzvlərinin və könüllülərin də iştirak etdiyi ağacəkmə tədbirində əsasən Eldar şamı, Kiparis, Tuya, Oliandra və digər həmişə yaşıl ağaclarının əkilməsi həyəta keçirilib. 

Qeyd edək ki, ağacəkmə ölkədə tətbiq olunan xüsusi karantin qaydalarına uyğun şəkildə təşkil olunub. 

No description available.

No description available.

No description available.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top