Maradonanın aylıq xərcləri açıqlandı

İDMAN 07 dek 2020, 09:48
Dünyasını dəyişən argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ay ərzində nə qədər xərclədiyi bəlli olub.

"Report" "America TV"yə istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçinin aylıq xərcləri 100 min avronu ötüb.

Bu məbləğin hər ay Maradonanın hesabından silindiyi bildirilir. Onun böyük ehtimalla 50 ailənin xərclərini ödədiyi yazılıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top