ABŞ bu ölkədən bütün ordusunu geri çəkir

DÜNYA 05 dek 2020, 21:30
ABŞ prezidenti Donald Tramp Ağ evi təhvil verməzdən əvvəl daha bir addım atıb.

Yeniavaz.com “İnterfax”a istinadla xəbər verir ki, Donald Tramp ABŞ hərbi kontingentinin demək olar ki hamısının Somalidən geri çəkilməsi haqda qərar verib. 

Bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Somalidə olan ABŞ hərbçiləri başqa ölkələrə köçürüləcək. 2021-ci ilin əvvəllərindən qüvvəyə minəcək qərara əsasən həmin birliklərin böyük bir hissəsinin Keniya və Cibutiyə göndəriləcəyi planlaşdırılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top