İki dəfə yaralansa da, yenidən döyüşə qayıdan şəhidimiz — VİDEOREPORTAJ

GÜNDƏM 05 dek 2020, 13:16
Vətən Müharibəsi bizə neçə-neçə qəhrəmanları tanıtdı. Onlardan biri də Qax rayonunun Zərnə kəndində doğulan Hacıəhməd Hacıəhmədlidir.

1998-ci il təvəllüdlü Hacıəhməd orta və ali təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə yollanıb.

Vətən Müharibəsi başlayandan döyüşlərdə iştirak edən Hacıəhməd Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Qəhrəmanın atası “mən fəxr edirəm ki, belə oğul yetişdirmişəm” deyərək, oğlu ilə qürur duyduğunu bildirib.

Daha ətraflı Baku TV-nin videoreportajında:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top