Füzulidə bərpa olunacaq idman obyektlərinin SİYAHISI

İDMAN 04 dek 2020, 23:58
Gənclər və İdman Nazirliyi azad olunmuş Füzuli rayonunun işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını tərtib edib.

Nazirlikdən verilən məlumata görə, orada əvvəl şəhər stadionu, Uşaq-Gənclər idman məktəbi, güllə atıcılığı tiri (iki ədəd), Şahmat məktəbi və kənd futbol meydançaları (18 ədəd) olub.

Bütün bunlar erməni vandalları tərəfindən dağıdılıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi daha əvvəl Cəbrayıl, Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, Şuşa və Laçında əvvəllər mövcud olmuş həmin qurğuların siyahısını tərtib etmişdi.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top