Millimizin yanvardakı oyunları təxirə salındı

İDMAN 04 dek 2020, 18:32
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyasının bütün dünyada, o cümlədən, Avropada geniş yayılması səbəb olub.

Seçmə mərhələnin F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan yığmamızın matçları 2021-ci ilin yanvarına planlaşdırılmışdı. Komandalar ayın 7-9-da Gürcüstanda I dövrənin, 15-17-də Monteneqroda II dövrənin qarşılaşmalarını keçirməli idi.

Lakin Avropa Voleybol Konfederasiyası (CEV) turniri dörd ay sonraya keçirib. İki dövrənin qarşılaşmaları mayın 2-dən 16-dək olan müddəti əhatə etməlidir.

Qeyd edək ki, seçmə mərhələnin yeddi qrupunun qalibi və ikinci yer sahiblərindən beş ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq.

Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib.

Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top