Füzulidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edildi — FOTOLAR

SOSİAL 04 dek 2020, 14:55
Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsi zamanı qanlarından və canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi saat 12:00-da Füzuli rayonunda da bir dəqiqəlik sükutla yad edilib.

Demokrat.az xəbər verir ki, rayonun bütün yaşayış məntəqələrində şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib, bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən yüksək səslə siqnallar verilib, məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.

Füzuli rayon sakinləri Vətən müharibəsində canlarından və qanlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin qəhrəmanlığı nəticəsində işğal altında olan bütün torpaqlarımızın, o cümlədən Füzuli rayonunun işğaldan azad olunduğunu, onların canı və qanı hesabına öz doğma yurd-yuvalarına qayıdacaqlarını bildiriblər.
 
Füzulililər vətən övladlarının xatirəsinin daima onların qəlbində yaşayacağını qeyd ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

No description available.

 No description available.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top