Azərbaycan klubunun 10 futbolçusunda COVID-19 aşkarlandı

İDMAN 04 dek 2020, 13:54
“Keşlə”də koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Klubdan Oxu.Az-a məlumat verilib ki, 10 futbolçuda koronavirus aşkarlanıb.

Lakin klub həmin futbolçuların adlarını açıqlamağı məqbul bilmir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqa klublarında koronavirusa kütləvi yoluxma halı qeydə alındığından, bu həftə sonu baş tutmalı olan üç matç təxirə salınıb. Bunların arasında sabah baş tutmalı olan “Keşlə” – “Səbail” matçı da var. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top