İraqda İŞİD terrorçuları yaxalandı

DÜNYA 04 dek 2020, 08:56
İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalındakı Kərkük əyalətində terrorçuluğa qarşı əməliyyatların gedişatında İŞİD-in beş terrorçusunu yaxalayıblar.

“Report”un məlumatına görə, bu barədə Kərkükün Polis Departamentinin rəisi Əli Kamal "Anadolu" agentliyinə bildirib.

Polis rəisinini sözlərinə görə, əməliyyatlar eyni zamanda iki ünvanda həyata keçirilib.

O, qeyd edib ki, İŞİD-in dörd terrorçusu Kərkükün mərkəzində, daha bir silahlı isə Dakuk ərazisində tutulub. Polis daxil olmuş informasiyanı təhlil edib və reydlər aparıb.

Əli Kamalın sözlərinə görə, terrorçular ilkin dindirmələrdən sonra məhkəməyə aparılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top