Ərdoğanla Ruhani arasında Qarabağ müzakirəsi

QARABAĞ 03 dek 2020, 22:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Demokrat.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, prezidentlər Türkiyə-İran münasibətlərinin inkişaf etdirilməsi və regional prosesləri müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağ münaqişəsində artıq yeni bir mərhələyə qədəm qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini poza biləcək istənilən hərəkətdən həssaslıqla çəkinməyin vacibliyini vurğulayıb.

O, Qarabağda sülh və sabitliyin yeni fürsətlərə yol açacağını, bunun Ermənistan da daxil olmaqla region ölkələrinin xeyrinə olacağını bildirib.

Türkiyə Prezidenti iranlı alim Möhsin Fəxrizadənin ölümü ilə bağlı da Həsən Ruhaniyə başsağlığı verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top