Türkiyədən Azərbaycana TIR-larla yardım göndərildi — VİDEO

GÜNDƏM 03 dek 2020, 10:14
Türkiyə Dəyanət İşləri Başqanlığının Türkiyə Dəyanət Vəqfi Ermənistanın işğalı altında olan torpaqlarını azad edən Azərbaycana dəstək məqsədilə 6 TIR yardım göndərib. 

Bununla bağlı Türkiyə Dəyanət İşləri Başqanlığı məlumat yayıb. 

Bildirilib ki, yardım paketinə qida məhsulları və tibbi ləvazimatlar daxil edilib. 

Tırların üzərinə “Qardaş çətin gündə çağırılmadan gələndir” yazısı həkk edilib. 

Yardımın yola salınma mərasimində Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaş da iştirak edib.(oxu.az)
 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top