Maşın su kanalına düşdü — Yaralı var

HADİSƏ 03 dek 2020, 08:43
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, sürücü, 2002-ci il təvəllüdlü Umudov Ramil Bahadur oğlu avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil su kanalına düşüb. Qəza zamanı ağır bədən xəsarətləri alan gənc əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi, alın sümüklərinin qəlpəli sınıqları diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top