Yerevanda növbəti aksiya: saxlanılanlar var

DÜNYA 01 dek 2020, 22:34
Yerevanda hökumət əleyhinə növbəti etiraz aksiyaları keçirilib.

Demokrat.az xəbər verir ki, etirazçılar şəhərin mərkəzi küçə və prospektlərini bağlamağa çalışıblar.

Maştoç prospekti ilə Tumanyan küçəsinin kəsişməsində toplaşan etirazçılar trolleybusu saxlayıblar.

Bəziləri trolleybusun üzərinə çıxaraq pirotexniki vasitələr yandırıblar.

Polis əməkdaşları trolleybusun üzərinə çıxmış etirazçıları bir-bir yerə tullayıblar. Məlumata görə, hazırda 35 etirazçı saxlanılaraq polis bölmələrinə aparılıb. /Axar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top