Dünyada koronavirusa yoluxanlar 62 milyonu ötdü

DÜNYA 29 noy 2020, 09:11
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu nəfəri ötüb.

Demokrat.az-ın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 62 094 127 nəfərə çatıb. Onlardan 1 449 709 nəfəri ölüb, 39 750 055 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (13 233 022), Hindistanda (9 351 109 ) və Braziliyada (6 238 350) qeydə alınıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top