“Çovdar” mədənində ağac əkilib — FOTOLAR

SOSİAL 28 noy 2020, 21:48
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib.

QSC-dən Demokrat.az-a verilən məlumata əsasən, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və “AzerGold” tərəfindən QSC-nin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənində baş tutub və yaşıllıq sahələrinin artırılması, ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilib.

Aksiya çərçivəsində təqribən 4 hektar ərazidə ümumilikdə 3000 göyrüş, ağcaqayın və akasiya tingləri əkilib, həmçinin xüsusi ayırılmış əraziyə palıd, göyrüş və ağcaqayın toxumları səpilib. 

Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.






Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top