Maradonanın ölümünün dəqiq səbəbi açıqlandı

İDMAN 28 noy 2020, 10:40
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ölümünün dəqiq səbəbi bəlli olub.

"Report" "Clarin" nəşrinə istinadən xəbər verir ki, tibbi ekspertizanın rəyinə əsasən, keçmiş yarımmüdafiəçinin xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bəlli olub.

Bundan əlavə, Maradonaya ürəyi normadan iki dəfə böyük olduğu üçün genişlənmiş kardiomiopatiya diaqnozu qoyulub.

Qeyd edək ki, D.Maradona noyabrın 25-də 60 yaşında ikən ürəktutmasından vəfat edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top