Deportasiya Qurbanları Cəmiyyəti bəyanat yaydı: “Biz bu biabırçı qətnaməni rədd edirik”

GÜNDƏM 27 noy 2020, 15:43
Fransa Respublikası Senatının “Dağlıq Qarabağ Respublikasının” tanınması məqsədilə qəbul etdiyi qətnamə beynəlxalq hüquqa hörmətsiz yanaşma olmaqla paralel insani və humanitar nöqteyi-nəzərdən biabırçı addımdır.
 
Bu fikirlər Deportasiya Qurbanları Cəmiyyətinin yaydığı bəyanatda öz əksini tapıb. 

Deportasiya Qurbanları Cəmiyyəti hesab edib ki, Fransa Senatının məlum qətnaməsi həm də beynəlxalq humanitar hüquq anlayışına zidd yanaşmanın göstəricidir: “1988-ci ildən başlayan Qarabağ münaqişəsi erməni tərəfinin fitnəsi səbəbindən ortaya çıxıb. Bu dövrdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, indiki Ermənistan Respublikasının ərazilərindən deportasiyaya məruz qalıb. Bir sıra beynəlxalq təşkilatların sənədlərində bu deportasiya dəhşətli faciə kimi qiymətləndirilib. Təəssüflər olsun ki, həmin çətin dövrdə, dinc azərbaycanlılara qarşı Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi anti-insanı aktlar zamanı nədənsə Fransa Respublikasının Senatı başa düşülən susqunluq nümayiş etdirib, müki azərbaycanlı insanların öz ata-baba yurdlarından qovulmasına seyriçi mövqedən yanaşıb. 

Bu fakt göstərir ki, daima ermənipərəst mövqedən çıxış edən Fransa Senatı üçün dünyada ədalət anlayışı və hüquq pinsipi deyil, erməni təəssübkeşliyi əsas təşkil edib.

Deportasiya Qurbanları Cəmiyyəti Fransa Senatının qəbul etdiyi və beynəlxalq hüquqa zidd olan qətnamənin qəbuledilməz olduğunu bildirir və vurğulayır ki, bu sənəd azərbaycanlılar üçün sadə kağız parçasından başqa bir şey deyil.

“Biz biabırçı, beynəlxalq hüquqla dövlətlərin ərazi bütövlüyünün toxunulmazlıq prinsipinə zidd olan qətnaməni rədd edirik”,- Deportasiya Qurbanları Cəmiyyəti bəyanatında vurğulanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top