Fazil Novruzov Milli Mətbuatımızın 145 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi

SOSİAL 27 noy 2020, 15:13
27 noyabr 2020-ci il tarixində UNEC-də İqtisadiyyat fakültəsi və Rus İqtisad Məktəbinin birgə təşkil etdiyi Azərbaycan mətbuatının 145 illiyinə həsr olunmuş video formatda tədbir keçirilib.

Demokrat.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev qeyd etdi ki, tədbir dövlət başçısı cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq silsilə tədbirlər çərçivəsində keçirilir. O, bildirdi ki, UNEC-də mətbuatla elə sıx əməkdaşlıq qurulub ki, KİV üçün UNEC doğma bir məkana çevrilib. 

Sonra Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli Azərbaycan mətbuatının 145 illiyi ilə bağlı fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü. Müstəqillik dönəmində Azərbaycan mətbuatına göstərilən dövlət qayğısından söz açdı. Sonra sözü Azərbaycan Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Fazil Novruzova verdi.

Fazil müəllim Azərbaycanda KİV-nin yaranışı və tarixinə baxış saldı, əsas mərhələləri qeyd etdi. Müasir dövrdə yeni texnologiyaların sürətli inkişafının KİV və KİV-i tənzimləyən strukturlar qarşısında yeni vəzifələr qoyduqlarını, qanunvericilik səviyyəsində ciddi dəyişikliklərin zəruriyyətindən bəhs etdi. Milli Televiziya və Radio Şurasının yarandığı gündən fəaliyyinə də işıq salan natiq media sahəsində dövlətin son illər apardığı siyasət nəticəsində son Vətən müharibəsi zamanı informasiya müharibəsindən də Azərbaycanın üzüağ çıxdığını bildirdi.



UNEC Rus iqtisad məktəbinin direktoru, dosent Mənsur Bərxudarov çıxışında KİV-in mövcudluğunun iqtisadi aspektlərinə nəzər saldı, KİV-lə təhsilin, vətənpərvərliyin bağlılığını vurğuladı, bu sahədə UNEC-də görülən işlərdən bəhs etdi.

Tədbirdə həmçinin dosent Müzəffər Məmmədov, dosent Azər Hüseynov fikirlərini bildirdilər, qonaq məruzəçi onların suallarını cavablandırdı.

Tədbirin sonunda dekan, dosent Asiman Quliyev hörmətli qonağımıza, tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirdi və bu tipli tədbirlərin davamlı olacağını qeyd etdi. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top