Ağdaşda evdən içərisində pul və qızıl olan çanta oğurlandı

KRİMİNAL 27 noy 2020, 08:56
Ağdaş rayonunda evlərdən birindən oğurluq edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Zeynəddin kəndində baş verib.

Belə ki, kənd sakini Rəvan Şərifovun evinə daxil olan naməlum şəxs və ya şəxslər içərisində pul və qızılların olduğu çatanı oğurlayıblar. Çantada 5 min manat dəyərində qızıl-zinət əşyaları, 2 min ABŞ dolları, 780 manat, ailəyə məxsus şəxsiyyət vəsiqələri və digər rəsmi sənədlər olub

Hadisə baş verən zaman Rəvan Şərifov və ailəsi evdə olmayıb.

Oğurluqla bağlı dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top