DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi insan alveri ilə məşğul olan Tovuz rayon sakinini həbs edib.
KANAL 5-in əldə etdiyi məlumata görə, Tovuz rayon sakini İmamquliyeva Gülnar Dilqam qızının Azərbaycan Respublikasının vətəndaşı olan qadınları Türkiyə Respublikasının Konya şəhərinə apararaq cinsi istismara məruz qoyması faktı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilmiş məhkəmənin hökmünə əsasən İmamquliyeva Gülnar Dilqam qızı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Demokrat.az