Küçədə saxlanılan koronavirus xəstəsinə cinayət işi açıldı

KRİMİNAL 26 noy 2020, 00:21
Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan “COVİD 19”-a yoluxan şəhər sakini, 1995-ci il təvəllüdlü İbrahimov Pirhüseyn Elbrus oğlu saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə P.İbrahimov yaşadığı Həmidov küçəsi 1, mənzil 8 ünvana qaytarılıb. 

Onun barəsində Hacıqabul RPŞ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət məcəlləsinin 139.1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top