BDYPİ-də İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olundu

HADİSƏ 25 noy 2020, 18:14
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. 

APA-nın xəbərinə görə, müvafiq əmrlə BDYPİ İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib.

Faktı BDYPİ-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top