Çavuşoğludan erməni əsilli millət vəkilinin ifadələrinə sərt REAKSİYA

QARABAĞ 25 noy 2020, 14:20
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu erməni əsilli HDP millət vəkili Qaro Paylana sərt reaksiya verib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, HDP partiyasının erməni əsilli millət vəkili Qaro Paylan çıxış edərək bildirib ki, “mənim bir xəyalım var, Türkiyə “qardaş Azərbaycan” dediyi kimi, “qardaş Ermənistan” da desin”.

Türkiyə XİN başçısı isə millət vəkilinin bu çıxışına sərt reaksiya verib. Çavuşoğlu bildirib ki, başqasının torpaqlarında qurulan səltənət qalıcı olmaz:

“Bu günə qədər Ermənistana Azərbaycanın işğal edilmiş torpaqlarında geri çəkilin dedinizmi? Heç bir zaman Dağlıq Qarabağ Azərbaycan torpağıdır, ordan gedin demədiniz”. Hətta, mən sizə telefonda da demişdim ki, Ermənistana bu barədə çağırış edin, bunu etmədiniz”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top