Bərdədə erməni terroru BBC-nin gözündən... — VİDEO

QARABAĞ 25 noy 2020, 11:44
Oktyabrın 28-də Ermənistan silahlı birləşmələri Bərdə şəhərinin dinc sakinlərinə qarşı kaset bombalarından istifadə edib. Nəticədə, 20 şəxs həlak olub.

BBC insident nəticəsində zərər çəkmiş Bərdə rayonun sakini barədə reportaj hazırlayıb.

Qeyd olunur ki, insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar da Ermənistan ordusunun qadağan olunmuş silahlardan istifadəsini təsbit edib.

Xəbərdə noyabrın 10-da əldə edilən razılaşma nəticəsində 1990-cı illərdə Ermənistanın işğal etdiyi ərazilərin Azərbaycana qaytarılması qeyd olunur.

Həmçinin, bildirilir ki, mülki sakinlər işğaldan azad edilmiş ərazilərə partlamamış hərbi sursatlar təmizləndikdən sonra qayıda biləcəklər.



Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top