Ceyhun Bayramov Flippo Qrandini təbrik etdi: “Birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm”

XARİCİ SİYASƏT 25 noy 2020, 09:50
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Flippo Qrandini yenidən BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) seçilməsi münasibəti ilə təbrik edib.

Bu barədə C.Bayramov “Twitter” hesabında yazıb.

“Azərbaycanın məcburi köçkünlərinin azad edilmiş bütün ərazilərə qaytarılması üçün birgə fəaliyyətimizi səbirsizliklə gözləyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Baş Məclis F.Qrandini 30 iyun 2023-cü il tarixinədək yenidən UNHCR-in Qaçqınlar üzrə Ali Komissarı seçib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top