“Doğma jest dili” layihəsi çərçivəsində hazırlanan lüğətin tərkibi təsdiq edildi

SOSİAL 24 noy 2020, 16:53

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən elan edilən “Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən “Doğma jest dili” layihəsinin icrası davam edir.


“Karlara dəstək” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən layihənin əsas məqsədi eşitmə və nitq qabiliyyəti məhdud olan insanların əmək fəaliyyəti ilə məşğul olma qabiliyyətinin artırılması və  ətrafdakı  insanlarla ünsiyyətin təşkil olunmasını nəzərdə tutan jest dili lüğətinin hazırlanmasıdır.


Layihə çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, dosentlər və  müəllim heyəti, ‘Karlara Dəstək” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradılmış və indiyədək ümumilikdə 10 görüş keçirilmişdir.

 
Görüşlər əsasında lüğətdə qeyd ediləcək söz və söz birləşmələrinin siyahısı hazırlanmış və uyğun jestlərlə təsvir edilməsi müzakirə edilmişdir. Ümumilikdə 2500 söz və söz birləşməsi təsdiq edilib.

 
Müəyyən söz toplusunun əks olunacağı lüğət eşitmə və nitq məhdudiyyəti olan insanların jest dilində olan sözlərini müvafiq jestlərlə izah edəcək və həmin şəxslərin ünsiyyət zamanı qarşılaşdığı çətinlikləri aradan qaldıracaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top