Evdə müalicə alan COVID-19 xəstələrinin sayı açıqlandı

SOSİAL 24 noy 2020, 17:29

Azərbaycanda evdə müalicə olunan koronavirus xəstələrinin sayı açıqlanıb.


Demokrat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib ki, həmin şəxslərin sayı 30 787 nəfərdir.


“2 691 nəfərə yeni diaqnoz qoyulub. Bakı şəhərində 41 COVID-19 məntəqəsi var”, o vurğulayıb.


N. Mürsəlova əlavə edib ki, ölkədə süni tənəffüs aparatları kifayət qədərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top