Millət vəkili Fəzail Ağamalının ailə sürücüsü koronavirusdan vəfat edib.
Bəhruz Allahverənzadə 15 gün COVİD-19-la mübarizə aparsa da sonda həyatını itirib.
O, uzun müddət F.Ağamalının ailə sürücüsü kimi işləyirmiş.
Hadisəyə aydınlıq gətirmək üçün millət vəkilinin özü ilə əlaqə saxladıq. Fəzail Ağamalı BAKU.WS-ə açıqlamasında məlumatın doğruluğunu təsdiq etdi: “Bəli, Bəhruz mənim nəvələrimin sürücüsü idi. Təqribən 64 yaşı var idi. 15 gün olardı ki, bu xəstəliyə yoluxmuşdu. Dünən o xəstəxanada dünyasını dəyişib. Allah rəhmət eləsin!”