Azərbaycanda ən çox hansı ölkələrin futbolçuları oynayır?

İDMAN 23 noy 2020, 20:10

Futbol üzrə Azərbaycan Premyer Liqasında ən çox Braziliyadan olan əcnəbi oyunçular çıxış edir.


Demokrat.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında ölkə çempionatında 9 "sambaçı"nın forma geyindiyi bildirilir.


Sonrakı iki pilləni Rusiya və Serbiya hərəyə 7 legionerlə bölüşdürür. Qonşu ölkənin idmançıları əsasən, milliləşdirildikdən sonra Azərbaycanda çıxış edirlər.


4-cü yerdə isə 5 təmsilçi ilə Fransa qərarlaşıb.


Xorvatiya, Ukrayna və İrandan hərəyə 3, Belçika, Albaniya, Gürcüstandan hərəyə 2 oyunçu karyerasını Premyer Liqada davam etdirir.


Qeyd edək ki, siyahı doğulduqları ölkələrdən kənarda çıxış edən legionerləri əhatə edir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top