
“Biz Fizuli şəhərinin Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət Mərkəzinin binası qarşısındayıq. Musiqinin köməyi ilə dünyaya sülh və dözümlülük müraciəti edirik. Kabus şəhəri Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq.
“Report” xəbər verir ki, bu barədə xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində bildirib.
We are in front of vandalized Cultural Center of Fuzuli city by Armenia. With the power of music we are sending our message of peace and tolerance to world. Ghost town Füzuli will be host town of prosperity and happiness soon. pic.twitter.com/4AWAjS0NJE
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 22, 2020