Diplomatlar və hərbi attaşelər Ermənistanın törətdiyi müharibə cinayətlərinin şahidi oldu

SİYASƏT 22 noy 2020, 13:07

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.

 

Demokrat.az-ın məlumatına görə, səfərin məqsədi diplomatları və hərbi attaşeləri Füzuli şəhərində Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.

 

Diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət edirlər.

 

İlk öncə diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ermənistanın işğalından azad olunmuş Füzuli şəhərinə səfər ediblər. Onlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər. Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top