İran XİN başçısının Azərbaycana səfəri təxirə salındı

SİYASƏT 21 noy 2020, 18:02

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycana və Rusiyaya səfərləri təxirə salınıb.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.


“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin büdcə iclasları ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - o vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top