Qazax sakini qonşusunu öldürdü

KRİMİNAL 21 noy 2020, 14:08

Noyabrın 20-də saat 19 radələrində Qazax rayon sakini Şahquliyev Qəhrəman Mübariz oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.


Bu barədə "Report"a Qazax rayon prokurorluğundan məlumat verilib.


Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.


Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin qonşusu Namazov Elvin Elçin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.


Elvin Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top