Türkiyə telekanalında Azərbaycanın qələbəsinə görə konsert olacaq

İQTİSADİYYAT 19 noy 2020, 22:11

Azərbaycan ordusunun Dağlıq Qarabağdakı Ermənistan üzərindəki qələbəsi, Türk Radio və Televiziya Təşkilatının (TRT) musiqi kanalında konsertlə qeyd ediləcək.

 

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

 

“Qarabağda bayram var” adlı konsert Türkiyə Musiqi Kanalında Azərbaycan xalq mahnıları və gözəl Azərbaycan rəqsləri ilə yayımlanacaq.

 

Konsert sabah Türkiyə vaxtı ilə 19: 45-də ( Bakı vaxtı ilə 20:45) TRT Musiqi Kanalında canlı yayımlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top