"Moskva danışıqlarla KTMT-dəki öhdəliklərini pozmayıb" — Lavrov

DÜNYA 19 noy 2020, 18:27

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Dağlıq Qarabağda tənzimləmə mövzusunda razılıq əldə etməklə KTMT üzərindəki öhdəliklərini pozmadığını bildirib.


Demokrat.az xəbər verir ki, S. Lavrov bu barədə “Russia Today” telekanalına müsahibəsində bildirib.


Nazir qeyd edib ki, bəzi analitiklər Rusiyanı Kollektiv Təhlükəsizlik Müqaviləsindəki öhdəliklərinə xəyanət etməkdə günahlandırırlar.


“Birincisi düşünürəm ki, bu insanlar sadəcə siyasi cəhətdən savadsız və hüquqi cəhətdən təhsilsizdirlər. İkincisi, KTMT öhdəliklərinin yalnız KTMT üzvü bir dövlətin xarici təcavüzdən kollektiv qorunması ilə məhdudlaşdığını bilməməkləri mümkün deyil. Əlbəttə ki, bu hal Ermənistanla baş verməyib. Bu cür nümunələr çoxdur. Onları xaricdə və Rusiya Federasiyasındakı müəlliflərin vicdanına buraxıram”,- deyə Lavrov əlavə edib. /“Qafqazinfo”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top