Şəkidə avtobus sürücülərindən rüşvət tələb olunur? — ŞİKAYƏT

SOSİAL 19 noy 2020, 14:38

Şəkidə avtobus sürücüləri nəqliyyat işçilərinin onlardan rüşvət istədiyini iddia edirlər. Bununla bağlı Şəkidə fəaliyyət göstərən 2 saylı marşrutun sürücüləri tərəfindən Demokrat.az-a şikayət daxil olub. 


Şikayətdə iddia olunur ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Bölməsi əməkdaşları tərəfindən gündəlik 250-yə yaxın avtobus sürücüsündən adambaşı 3 manat pul alınır. 


Şikayətçilərin sözlərinə görə, qanunsuz pul yığımı Şəkinin mərkəzi poçtu və "Bazar" adlanan ərazisində nəqliyyat müfəttişləri tərəfindən həyata keçirilir.  

 

Şikayətçilər deyir ki, yığılan vəsaitdən əlavə aylıq hər avtobusa görə də 25 manat onlardan pul alınır. 


"Biz vaxtı vaxtında vergi və sosial ödənişlərimizi və aylıq 25 manat dövlət rüsumunu ödəyirik. Ancaq nəqliyyat işçiləri bizdən hər gün əlavə pul yığırlar. Gündəlik tələb olunan pulu ödəməyən sürücülər isə nəqliyyat işçiləri tərəfindən təqib olunaraq, cərimə yazılması ilə hədələnir", - deyə sürücülər bildirir. 


Şikayətçilər bu tapşırığın bilavasitə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəki Regional Bölməsinin rəisi Ramin Əkbərov tərəfindən verildiyini iddia edirlər.


Sözügedən şikayətlə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə informasiya sorğusu göndərmişik. Sorğumuz cavablandırılan zaman oxuculara əlavə məlumat veriləcək. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top