Obamanın kitabı rekorda imza atdı

MARAQLI 19 noy 2020, 08:56

ABŞ-ın sabiq prezidenti Barak Obamanın “Vəd edilmiş torpaq” (A Promised Land) kitabının birinci cildi işıq üzü gördüyü ilk gündə satış rekorduna imza atıb. 


“Qafqazinfo” bildirir ki, bu barədə “The New York Times” qəzeti “Penguin Random House” Nəşriyyat Evinə istinadən xəbər verib.


Onun məlumatına görə, çərşənbə axşamı günü ABŞ və Kanadada kitabın birinci hissəsinin 887 mindən çox nüsxəsi satılıb. Bu rəqəm bütün formatları (çap, audio və rəqəmsal) əhatə edir. Bu, “Penguin Random House”un indiyədək nəşr etdiyi bütün kitabların satışında qeydə alınan göstəricilərin ən yüksəyidir.


ABŞ-ın 44-cü prezidentinin əsəri həyat yoldaşı Mişelin “Təşəkkül” (Becoming) adlı memuarlarının satış rekordunu az da olsa geridə qoyub. Bu kitabın 2018-ci ildə işıq üzü gördüyü ilk gündə 725 mindən çox nüsxəsi satılmışdı.


Qeyd edək ki, “Vəd edilmiş torpağ”ın birinci cildi 768 səhifədən ibarətdir və 25 dilə tərcümə olunub. Daha əvvəl Obamanın “Atamın arzuları” (Dreams From My Father, 1995) və “Ümidin cəsarəti” (Audacity of Hope, 2006) adlı kitabları işıq üzü görüb.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top