Biləsuvarda Vətən Müharibəsi qaziləri böyük çoşqu ilə qarşılandı — FOTO

HADİSƏ 18 noy 2020, 22:52

Azərbaycanın Ermənistanın işğal altındakı torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə yaralanmış Əlövsət Əsgərov bu gün xəstəxanadan evə buraxılıb. Onu yaxınları və rayon sakinləri böyük çoşqu ilə qarşılayıblar.

 

Demokrat.az "Report"a istinadən bildirir ki, eyni zamanda, Biləsuvar şəhər sakini Qurban Vüqar oğlu Zəkizadə də bu gün evinə qayıdıb. O, həqiqi hərbi xidmətinin 1 il 3 ayına təsadüf edən Vətən Müharibəsində ilk gündən iştirak edib.

 

Tərtərdən başlayan döyüş yolu Ağdərə uğrunda döyüşlərdə davam edib. Artilleriya bölməsinin tərkibində öndə vuruşan Qurban düşmənin bir neçə zirehli texnikasını məhv edib. Ailənin yeganə oğlu olan Qurban döyüşlərdə ağır qəlpə yaraları, beyin zədəsi alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top