Bu il Azərbaycanda yol qəzalarında 504 nəfər ölüb

HADİSƏ 18 noy 2020, 16:57

2020-ci ilin yanvar-sentyabr aylarında avtomobil yollarında 1 145 yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un xəbərinə görə, bu rəqəm 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz azdır.


Yol qəzaları nəticəsində zərər çəkən şəxslərin sayı da 12,0 faiz azalaraq 1 527 nəfər olub. Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb.


Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20,0 faizi isə toran vaxtı baş verib. Yol qəzalarının 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.


Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top