"Paşinyanın devrilməsi qaçılmazdır" — Rusiyalı politoloq

DÜNYA 17 noy 2020, 23:10

“Paşinyanın çiyinlərinə yüklənən tam məğlubiyyət əlamətləri Ermənistan tərəfini razılaşmaları yerinə yetirməyə məcbur edəcək, hərçənd, düzünü desək, bu, onların üslubunda deyil. Konkret olaraq Paşinyan komandasının çoxvektorlu, hiyləgər və çoxgedişli kombinasiyasından danışıram. Onların oyunu Ermənistan xalqına baha başa gəldi. Razılaşmanın həyata keçiriləcəyini düşünürəm. Bölgədə sülh qurulur və müharibə bitib”.

 

Bunu “Report”un Rusiya bürosuna müsahibəsində Yeni Cəmiyyət İnstitutunun Siyasi-İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib.

 

“Bundan sonra hər şey bölgədə iqtisadi əməkdaşlıq qurmağın mümkün olub-olmamasından asılı olacaq. Bu, ilk növbədə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə aiddir. Düşünürəm ki, burada da hər şey alınmalıdır” – o bildirib.

 

Ermənistanın baş nazirinin gələcəyindən danışan ekspert qeyd edib ki, onun devrilməsi qaçılmazdır: “Ermənistan cəmiyyətində qavrayış ​​dəyişikliyi baş verib. Bu 44 günlük müharibənin təsiri ilə ictimai qavrayış ​​dəyişib. Münaqişənin başlanğıcında onlar dünyanın Ermənistan ətrafında qurulduğunu, Ermənistanın 90-cı illərdə Azərbaycanla müharibədə böyük uğurlar qazandığını, hazırda yüksəlişdə olduğunu düşünürdü. Erməni xalqı reallıqla heç bir əlaqəsi olmayan “Böyük Ermənistan” illüziyalarının əsiridir. Buna görə də fəlakət qaçınılmaz idi. Ermənistan cəmiyyətinin xəyallarında uçurum yarandı”.

 

“Odur ki, devrilmə qaçılmazdır. Ola bilsin, bu, seçki yox, qiyam şəklində olacaq. Cəbhədən qayıdan insanlar qəzəblidir. Onlar “Paşinyan bizə xəyanat etməsə belə, zərbə altında qoydu” deməkdə haqlıdır. Çünki bundan axmaq rəhbərlik təsəvür etmək belə çətindir. Paşinyandan sonra hakimiyyətə kim gəlsə, nə qədər millətçi olsa da, real siyasət sərhədləri içində qalmalı olacaq, çünki bütün xəyallar puç oldu. Məğlubiyyətlə barışmaq və Rusiyaya güvənərək Azərbaycanla əlaqə qurmağa çalışmaq lazımdır. Ermənistan sərhədlərin onların istədikləri kimi deyil, olduğu kimi göründüyü faktı ilə barışmalıdır”, - politoloq vurğulayıb.

 

“Azərbaycan bu müharibəni qazandı, bu faktdır. Onlar qələbəni təmin etmək üçün çox səy göstərdi. Azərbaycan cəmiyyəti Ermənistan cəmiyyətindən daha yaxşı səfərbər olmuşdu”, - politoloq fikrini yekunlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top