Ovannisyanı döydülər

DÜNYA 17 noy 2020, 17:50

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyana naməlum şəxslər hücum edib.


“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ovannisyan feysbuk səhifəsində yazıb.


“Dünən axşam saatlarında iki nəfər mənə hücum etdi. Özümü müdafiə edə bildim”, - keçmiş sözçü yazıb.


O, hədələndiyini və izləndiyini də bildirib.


Qeyd edək ki, Ovannisyan 44 günlük döyüşlərin gedişi barədə axşam saatlarında birbaşa efirdə rəsmi məlumatları çatdırıb. Ermənistanın məğlubiyyətindən sonra istefa verib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top