Azərbaycan və Türkiyə memorandum imzaladı


SOSİAL 17 noy 2020, 15:15

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Səhiyyə Nazirlinin nümayəndə heyəti ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) idarə heyəti arasında qarşılıqlı çoxistiqamətli əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb.


TƏBİB-dən bildirilib ki, Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında “Səhiyyə və Tibb Elmləri sahəsində” Kliniki Tibbi Mərkəz - Gülhanə Təhsil və Tədqiqat Xəstəxanası, K.Fərəcova adına Pediatriya İnstitutu -  Ankara Şəhər Xəstəxanasının Uşaq Xəstəxanası arasında “Qardaşlaşmış xəstəxana” memorandumu imzalanıb.


Memorandumu TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin rəhbəri Selami Kılıç, Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev, Ankara Şəhər Xəstəxanasının Uşaq xəstəxanasının baş həkimi Emrah Şenel, Kliniki Tibbi Mərkəzin direktoru İlham Qafarov, Gülhanə Təhsil və Tədqiqat xəstəxanasının baş həkimi Serkan Gökkaya imzalayıb.


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top