Prezidentin Cəbrayılda sürdüyü zirehli avtomobil haqqında MARAQLI MƏLUMATLAR

GÜNDƏM 17 noy 2020, 12:08

Dünən ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlara səfər edib.


Demokrat.az xəbər verir ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına gedib.


İlham Əliyev azad edilmiş bölgələri gəzərkən zirehli texnikanı özü idarə edib.


Həmin texnika barədə maraqlı məlumatları təqdim edirik:


Bəhs edilən avtomobil “ AZCAN Sentry” adlanır. AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir. 


Avtomobil həmin müəssisədə hazırlanır. Zirehli avtomobil şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, üzərində müxtəlif silahlar quraşdırmaq mümkündür. “AzCan Sentry” 17 ton ağırlığındadır, 8 nəfərlik heyəti daşımaq üçün nəzərdə tutulub. 362 at gücündədir, 6,7 litr həcmdə dizel mühərrikə sahibdir. Tank əleyhinə minalara davamlıdır. 20 kilometr məsafədə hərəkəti müəyyən edə bilir.  


Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top