Ceyhun Bayramov və Lavrov 10 noyabr bəyanatını müzakirə etdilər

SİYASƏT 15 noy 2020, 17:29

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.


Demokrat.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi məlumat yayıb.


Tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top