İdarə rəisi: "Ordumuz Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır”

GÜNDƏM 15 noy 2020, 15:07

“Azərbaycan Ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır”.

 

Demokrat.az bildirir ki, bu sözləri Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.

 

“Azərbaycan Ordusu günü bu gün missiyasını yerinə yetirməyə hazırdır. Kələbəcərə 2 istiqamətdən hərəkət baş tutacaq. Yol çox dardır. Proses ləngiyə bilər. Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik", - deyə Mahmudov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top