Gürcüstanda son sutkada koronavirusa (COVID-19) 3020 yoluxma qeydə alınıb, 34 nəfər ölüb.
Demokrat.az-ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla qonşu ölkədə yoluxanların sayı 79678 nəfərə, ölənlərin sayı isə 703-ə çatıb.
Virusa yoluxanlardan 62 061 nəfərin sağaldığı bildirilir.