Ermənistan Milli Təhlükəsizlik Xidmətinin polkovniki saxlanılıb

HADİSƏ 15 noy 2020, 00:35

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin polkovniki Sayat Şirinyanı saxlanılıb.


Demokrat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Şirinyanın evində axtarış aparılıb, onun evindən ov tüfəngi götürülüb. Şirinyanın hansı əsasla tutulduğu və hansı ittiham ilə həbs olunduğu hələ rəsmi olaraq məlum deyil.


Xatırladaq ki, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəsis, general Artur Vanetsyan və Birinci Qarabağa müharibəsi zamanı "Sisakan" adlı terrorçu birləşmənin başçısı olan və ikinci Qarabağ müharibəsində isə oğlanları ilə birgə Azərbaycan Ordusuna qarşı döyüşən "Aşot Yerkat" ləqəbiylə tanınan Aşot Minasyan baş nazir Nikol Paşinyana qarşı sui-qəsd ittihamı ilə həbs olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top