“Azərbaycan Dəmir Yolları”nın sərnişin və yük daşıma gəlirləri artdı

İQTİSADİYYAT 14 noy 2020, 22:02

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 2019-cu ildə bir sıra fəaliyyət istiqamətləri üzrə əldə edilmiş gəlirlərində artım qeydə alınıb.


“Report” ADY-nin 2019-cu ilin maliyyə hesabatına istinadən xəbər verir ki, qurumun ötən ildə yük daşıma üzrə gəlirləri 12 % artaraq 313 221 manat təşkil edib.


Sərnişin daşımaları üzrə gəlirlər isə 14 % artaraq 21 050 manat təşkil edib.


Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top