Gürcüstanda üçüncü gündür ki, koronavirusa yoluxmada rekord təzələnir

DÜNYA 14 noy 2020, 21:36

Gürcüstanda son bir gündə 3 504 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Bu, pandemiyanın başlanğıcından bəri rekorddur.


TASS-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.


Bildirilib ki, noyabrın 13-də 3 473,  noyabrın 12-də  3 120 yoluxma hadisəsi təsbit edilib. Hər iki göstərici rekord idi.


Hazırda 3 361 xəstə müalicə altındadır.


Ümumilikdə, Gürcüstanda 76 658 nəfər virusa yoluxub. Onlardan 58 674 nəfəri sağalıb, 669 nəfəri ölüb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top