Norveç Səhiyyə Nazirliyi yığma komandanın oyunlara getməsinə icazə vermir

İDMAN 14 noy 2020, 19:52

Norveç Səhiyyə Nazirliyi yığma komandanın UEFA Millətlər Liqasında Rumıniya və Avstriyaya qarşı matçlar üçün ölkəni tərk etməsinə qadağa qoyub.


"Report" millinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, futbolçular ölkəyə gəldikdən sonra 4 dəfə testdən keçiblər və bunların hamısının nəticəsi mənfi olub.


Buna baxmayaraq, nazirlik koronavirus pandemiyası səbəbindən komandanın Rumıniya və Avstriyaya getməsinə icazə vermir. Norveç Futbol Federasiyası yığmanın Rumıniyaya səfəri üçün Səhiyyə Nazirliyinə müraciət edib. Rumıniya tərəfi rəqibi qəbul etməyə hazır olduqlarını və UEFA-nın bütün təhlükəsizlik protokoluna əməl edildiyini vurğulayıb.


Qeyd edək ki, Norveç noyabrın 15-də səfərdə Rumıniya, 18-də isə Avstriya ilə qarşılaşmalıdır.


Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin "Molde" komandasını Bakıda qəbul etməli idi. Lakin qarşı tərəf geri dönüşdə 10 günlük karantinə alınacağını səbəb gətirərək, oyunun yerinin dəyişdirilməsi üçün UEFA-ya müraciət edib və yekunda müsbət cavab alıb. Ağdam klubu Kiprin Larnaka şəhərindəki görüşdə penaltilər seriyasında uduzub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top